. : MƏTBUAT BÜLLETENİ


[25.02.2006]
Fevralın 25-də Mərkəzi Seçki Komissiyasının iclas zalında Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə  9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt – Abşeron, 69 saylı Cəlilabad – Masallı – Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz – Qazax – Ağstafa, 110 saylı Zaqatala və 119 saylı Ağdam kənd seçki dairələrində 13 may 2006-cı ilə təyin edilmiş təkrar seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar seminar - müşavirə  keçirilmişdir. Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri, MSK Katibliyinin məsul işçiləri, sözügedən seçki dairələri dairə seçiki komissiyalarının üzvləri,  ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri iştirak etmişlər.
Seminar- müşavirəni giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yeni təyin edilmiş dairə seçki komissiyalarının üzvlərini təbrik etmiş və onlara işlərində uğurlar arzulamışdır. Sədr bildirmişdir ki, hər bir cəmiyyətdə demokratiyanın səviyyəsinin əsas göstəricilərindən biri seçkilərdir və fəxrlə deyə bilərik ki, dövlətimizin başçısı cənab İlham Əliyevin də mövqeyi cəmiyyətimizin demokratiyaya doğru sürətli inkişafından ibarətdir.  Dövlət başçısının belə mövqeyi demokratik seçkilərin keçirilməsi üçün çox əhəmiyyətli faktordur. Prezident bu məsələ ilə bağlı öz siyasi iradəsini əvvəlki seçkilərdə də ortaya qoyub. 2005-ci ilin 6 noyabr parlament seçkiləri ərəfəsində imzalanmış 2 məlum sərəncam və cənab Prezidentin çıxışlarında yer almış məqamlar bunu sübut edir. Təkrar seçkilərlə bağlı ölkə rəhbərliyinin mövqeyi daha da prinsipialdır. Təkrar seçkilər cəmi 10 dairədə keçirilsə də Seçkii Məcəlləsinin və digər müvafiq hüquqi-normativ aktların tələblərinə ciddi əməl olunmalıdır. Ötən seçkidə olduğu kimi, qanun pozuntusuna yol verən şəxslər qanuni cəzalarını alacaqlar.  Ona görə də Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiyamızda təsbit edilmiş seçmək və seçilmək hüquqlarının həyata keçirmələrinə maksimum şərait yaradılmalıdır. Eyni zamanda, seçkilərin demokratik keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə təsir göstərdiyini nəzərə alsaq, seçki qurumlarında çalışan şəxslərin üzərinə nə qədər ağır yük, böyük məsuliyyət düşdüyünü təsəvvür etmək olar. Dövlətin maraqları hər şeydən üstün olmalıdır.
Hazırda namizədlərin irəli sürülməsi və qeydə alınması prosesinin getdiyini deyən MSK sədri DSK üzvlərinə namizədlərə yardımçı olmağı və qanunun tələblərini onlara izah etməyi məsləhət görmüş və seçici siyahılarının dəqiqləşdirilməsi işində diqqətli olmağı tövsiyə etmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri 26 fevral Xocalı soyqırımının ildönümü ərəfəsində olduqlarını xatırladaraq soyqırımı qurbanlarının və bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunmasını təkilf etmişdir. Şəhidlərimizin xatiərsi anıldıqdan sonra söz məruzəçilərə verilmişdir.
Mərkəzi Seçki Komissiyası nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babayev “Seçici siyahılarının dəqiqləşdirilməsi, seçicilərin siyahılarla tanış edilməsi”, MSK-nın katibi Natiq Məmmədov “Milli Məclisə təkrar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi, qeydiyyata alınması ilə bağlı sənədlərin yoxlanılması və dairə seçki komissiyası qərarının qəbul edilməsi qaydaları”, Komissiyanın üzvü Azər Tağıyev isə “Seçkiqabağı təşviqatın aparılması” mövzusunda çıxış etmişlər.
Tədbirin sonunda Mərkəzi Seçki Komissiyasının sədri və məruzəçilər dairə seçki komissiyaları üzvlərinin suallarını cavablandırmışlar.

Mərkəzi Seçki Komissiyasının

mətbuat xidməti


[22.02.2006]
Fevralın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 7 fevral və 10 fevral 2006-cı il tarixli iclas protokolları təsdiq edilmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova, Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov, üzvləri Tamam Cəfərova və Rövşən İsmayılov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibinin formalaşdırılması haqqında məlumat vermişlər. MSK 12 seçki dairəsi dairə seçki komissiyası tərkibinin formalaşdırılmasına dair qərar qəbul etmişdir.
Komissiyaya daxil olmuş müraciətlər barədə isə Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov məlumat vermişdir. 1 müraciət araşdırılmaq üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[10.02.2006]
Fevralın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 19 yanvar, 24 yanvar, 30 yanvar və 4 fevral 2006-cı il tarixli iclas protokolları təsdiq edilmişdir.
Sonra MSK-nın katibi Natiq Məmmədov 2006-cı il mayın 13-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə əlaqədar bəzi seçki dairələri üzrə namizədliklərin təsdiq edilməsinə dair məsələ barədə məlumat vermişdir. 9 saylı Binəqədi ikinci və 42 saylı Sumqayıt ikinci seçki dairələrinin hər biri üzrə 2 nəfərin, 110 saylı Zaqatala və 119 saylı Ağdam kənd seçki dairələrinin  isə hər biri üzrə 1 nəfərin namizədliyinin təsdiqi barədə qərar qəbul edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın tərkibində dəyişiklik olunmasına dair məsələ barədə məlumat vermişdir. MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babayev həmin komissiyanın üzvü təyin edilmişdir.
Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci(Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt – Abşeron, 69 saylı Cəlilabad- Masallı- Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz- Qazax- Ağstafa, 110 saylı Zaqatala və 119 saylı Ağdam kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibinin formalaşdırılması haqqında qərar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.



Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti

[07.02.2006]
Fevralın 7-də Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilmişdir. İclasa Komissiyanın üzvü Svetlana Qasımova sədrlik etmişdir.
MSK-nın iclasında iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Mərkəzi Seçki Komissiyası üzvlərini seçilmələri münasibətilə təbrik etmiş və onlara uğurlar arzulamışdır.
Sonra təşkilatı məsələyə baxılmışdır. Məzahir Pənahov Mərkəzi Seçki Komssiyasının sədri seçilmişdir. Svetlana Qasımova Mərkəzi Seçki Komissiyasının sədr müavini, Natiq Məmmədov isə Komissiyanın katibi seçilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti

 


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası